
Lənkəran rayonun Girdəni kəndində anadan olub. Baki Mədəni Marif Texnikumunun Kütləvi tamaşalar rejissorluğu şöbəsində təhsil alıb (1982 - 1984). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Lənkəran Mədəniyyət Şöbəsində Şıxəli Qurbanov adına klubda bədii rəhbər, “Şənlik” mahnı və rəqs ansamblında baletmeyster, Hüseyn Ərəblinski adına Xalq Teatrında rejissor, Azərbaycan Mədəniyyət Fondunun Lənkəran Şöbəsində sədr müavini (1992-1995) işləyib.
1995-1998-ci illərdə Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin Kino və televiziya rejisorluğu fakultəsində təhsil alıb. 2000-2003-cü illərlə Rusiya STS Televiziya Şirkətlər Korporasiyasinın televiziya filmləri redaksiyasında rejisor kimi çalışıb. 2003-cü ildən Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəliyyət göstərib.
Aktrisa
Lənkəran rayonunun Separadi kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunuda təhsil alıb (1982-1987). 1981-ci ildən Lənkəran Dövlət Dram Teatrında iş fəaliyyətinə başlayıb. Teatrlar arasında keçirilən müsabiqədə 1-ci diploma və mükafata layiq görülüb (1986). Qızılgül Quliyeva bir çox bədii filmlərə və seriallara çəkilib. Prezident Mükafatçısıdır.
7 sentyabr 1972-ci ildə Lənkəran rayonun Şağlaküçə kəndində anadan olub və orta məktəbi orada bitirib. 1989 - 1994-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. Teatrda müxtəlif obrazlar yaradıb.
Əbülfəz Axundov 10 mart 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.Prezident mükafatçısıdır.
1961-ci il yanvar ayının 20-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino" aktyorluğu fakultəsində professor Mehdi Məmmədovun kursunda təhsil alıb. 1987-ci ildə institutu bitirib, təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Həmin ildən bu günə qədər, fasiləsiz olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində 130-dan yuxarı rol oynayıb.
“Günəşim ol” teleserialında və Orxan Ağazadənin "Oturacaqlar" qısametrajlı bədii filmində çəkilib. Prezident mükafatçısıdır.