
Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1996-2000). Bir çox beynəlxalq kino festivallarında münsiflər heyətinin üzvü kimi iştirak edib. 2023-cü ildə 24-cü Joenju Beynəlxalq Film Festivalının (Cənubi Koreya) NETPAC jüri heyətinin sədri seçilib. Mütəmadi olaraq mətbuatda kino ilə bağlı yazılarla çıxış edir. “Fokus” analitik kino jurnalının redaksiya heyətinin üzvüdür.
“Skafandrlı adam” adlı kitabı nəşr olunub (2022).
S.Kamal Bakıda anadan olub Xarici Dillər Universitetində ingilis dili üzrə və Bakı Dövlət Universitetində filologiya fakultəsində təhsil alıb. 1976-cı ildən etibarən “Kino yenilikləri” reklam bülleteninin nəşr edildiyi Kino Prokatı İdarəsində redaktor vəzifəsində fəaliyyətə başlayıb. 1987-ci ildən həmin bülleten qəzet kimi (“Kino” qəzeti) nəşr edilmiş və o qəzetin müxbiri, sonra isə məsul redaktoru kimi çalışıb. Bir sıra mötəbər kinofestivallarda jurnalist kimi qeydiyyata alınıb. Dünyanın məhşur kino xadimləri və kino ulduzları ilə çoxlu sayda müsahibələr hazırlayıb.
2010-cu ildən etibarən islam ölkələri kinosu üzrə tədqiqat işi ilə məşğuldur.
Lənkəranda anadan olub. Yazar, dramaturq, ssenarist və jurnalistdir. Beynəlxalq Peşələr Məktəbində (keçmiş adı ilə Sankt-Peterburq Televiziya Məktəbi) ssenaristlik və kino-video rejissorluğu üzrə kursların iştirakçısı olub. Pyesləri Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulub. Bir çox ssenarilərin müəllifidir. "Nərgiz" tammetrajlı bədii film ssenarisi Azərbaycan Kinematoqrafçılar İttifaqının 2025-ci ildə keçirdiyi "Mən qadınam" ssenari müsabiqəsinin iştirakçısı olub. Azərbaycan, rus və Ukrayna dillərində kitabların müəllifidir.
Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran bölməsinin və "Yazar" Ədəbi Məclisinin sədridir.
Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. İctimai televiziyada redaktor, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media (Kinematoqrafiya) şöbəsində aparıcı mütəxəssis, “Azərbaycanfilm” kinostudiyasında Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olaraq çalışıb. Bakı Beynəlxalq Turizm Filmləri Festivalının proqram direktoru olub. Müxtəlif sosial çarx, reklam və korporativ filmlərdə, serial, televiziya layihələri, animasiya, sənədli və bədii filmlərdə ssenari müəllifi, kopirayter, rejissor, ikinci rejissor, redaktor və prodüser kimi çalışıb. 2024-cü ildən “kinoinfo.az” kino xəbərləri saytının redaktoru, “Kinobiz” MMC-nin direktorudur.
2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
2002-2006 cə illərdə ADMİU-da Rejissor sənəti fakültəsində təhsil alıb.
"İkinci pərdə" tammetrajlı bədii filmdə ssenari müəllifi.
"Tilov" çoxseriyalı bədii filmdə ssenari müəllifi
"Zəhər tuluğu" tammetrajlı bədii filmdə - ssenari müəlliflərdən biri
"Karantinvari yol" filmində ssenari müəlliflərindən biri
"Ayaqqabı əməliyyatı" qısametrajlı bədii filmdə - quruluşçu rejissor
"Soraq" qısametrajlı bədii filmdə - quruluşçu rejissor
"Uşaqlıq fotosu" sənədli filmdə - rejissor.
"Başlıbel - Mühasirə gündəliyi" sənədli filmdə - rejissor.
"Fəsillər" sənədli filmdə - rejissor
"Edilli şahidi" sənədli filmdə - rejissor
"Səhər açılsın" sənədli filmdə - rejissor
"Bakıda son çərşənbə" sənədli filmdə - rejissor
"Gündəlik" serialı İTV-də - quruluşçu rejissor
"Xəyanət"- serialı Xəzər TV-də - quruluşçu rejissor
MÜKAFATLAR
AZƏRBAYCAN - 10-cu BAKI BEYNƏLXAQ FİLM FESTİVALI. ƏN YAXŞI BƏDİİ FİLM - "SORAQ"
TÜRKİYƏ - 10-cu İPƏK YOLU BEYNƏLXALQ FİLM FESTİVALI. FİNALÇI - "UŞAQLIQ FOTOSU"
AZƏRBAYCAN - 8-ci DOKUBAKU BEYNƏXLAQ SƏNƏDLİ FİLM FESTİVALI - ƏN YAXŞI SƏNƏDLIİ FİLM - "FƏSİLLƏR"
2025-Cİ İL. - "QIZIL PƏRİ " PEŞƏ MÜKAFATI - ƏN YAXŞI SƏNƏDLİ FİLM - "FƏSİLLƏR" SƏNƏDLİ FİLM.