
I Lənkəran Beynəlxalq Festivalın proqramı açıqlanıb. Proqramda 26 film yer alıb, bunlardan 11-i qısametrajlı bədii, 8-i qısametrajlı sənədli, 7-i isə qısametrajlı animasiya filmləridir. 18-21 noyabr 2026-cı il tarixində baş tutacaq festivalın jüri sədri kino-tənqidçi Aygün Aslanlı, jüri üzvləri ssenarist Ramil Ələkbərov, kinoşünas Sədaqət Kamal, rejissor Pərviz Həsənov və yazar, jurnalist Şəfahət Şəfidir. Bundan əlavə ilk dəfə keçirilən festivalın Lənkəran şəhərinin yaradıcı və ziyalılarından ibarət Festival de Lankon münsif heyəti də təyin edilib. Burada jüri sədri rejissor, aktyor Təvəkkül Həsənov, aktyorlar Qızılgül Quliyeva, Allahverən Babayev və Əbülfəz Axundov yer alıblar. Bağlanış tədbiri 21 noyabr saat 14:30-da Paus kafenin kiçik zalında olacaq.