
Lənkəran şəhərində "Beynəlxalq Film Festivalı"nın keçirilməsi 2023-cü ildən planlaşdırılıb. Festivalın saytı da elə həmin il istifadəyə verilib. Artıq 2026-cı ildən ilk dəfə olaraq keçirilməyə başlanılır. Festival 18-21 noyabr tarixində baş tutacaq.
Filmlərin yarışması ilə paralel Lənkəran Beynəlxalq Film Festivalı gələcəkdə kino işçilərinin əlaqələri və birgə layihələrin yaranması üçün mərkəz rolunu oynaya bilər. Festivalın keçirilməsi ardıcıl olaraq hər ilin payızında (oktyabr/noyabr) nəzərdə tutulub.